Kürd referendumuna dəstək verən məmur işdən çıxarılıb

Kürd referendumuna dəstək verən məmur işdən çıxarılıb
  23 Noyabr 2017    Oxunub:14648
Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Laçın rayon İcra Hakimiyyətində iclas keçirilib və onun içdən çıxarılması haqda qərar qəbul olunub.

Hələlik İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, F.Tanrıverdiyev özünün "Facebook" səhifəsində İraqın şimalında yerli hökumətin keçirdiyi referendumu dəstəkləyən fotolar yayıb. Onun kürd referendumunu dəstəkləməsi sosial media və KİV-lərdə tənqidlə qarşılanıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Kürd   Referendum  





Xəbər lenti